BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid əmanəti tələbə adını qazandı

22 avqust 2022 10:56:40

Vətən müharibəsinin qəhrəman Şəhidi Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun Vətənə əmanət oğlu Ağamusa Axundzadə Türkiyə Respublikasının Kocaeli Universiteti, Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olub.

 

Eyni zamanda Ağamusa Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü qazanıb. 

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq tələbə adını qazanan Ağamusa Axundzadəni təbrik edir, həyatında uğurların bol və daim olmasını arzulayırıq...

 

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2016-cı ildə Aprel döyüşlərində rəşadətlə savaşıb. Mirzə Vətən müharibəsində igidlik və mərdlik göstərərək 02.10.2022-ci ildə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmncasına Şəhid olub.

 

Baş gizir Mirzə Axundov Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.