BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zəfər Yay" məktəbi davam edir - FOTOLAR

18 avqust 2022 17:50:15

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olaraq “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir. Layihə müddətində məktəbli şəhid övladları yay məktəbində 4 peşə- musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirirlər. Layihə çərçivəsində növbəti təlimlər keçirilib.

 

Zafer.Az məlumat üçün bildirir ki, musiqi təlimlərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, rəssamlıq təlimlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Məriyəm Axundova, aktyorluq təlimlərini Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin dram teatr və kino aktyorluğu ixtisasının məzunu,əməkdar artist Şövqi Hüseynov və fotoqrafiya təlimlərini Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin məzunu,məşhur fotoqraf Orxan Əzimov keçir.

 

Hər istiqamət üzrə ayrılıqda 8 təlim keçiriləcək. Ümumilikdə 32 təlim olmaqla hər peşə qrupunda 8 şəhid övladı iştirak edir. Şəhid övladları təlimlər nəticəsində əldə etdikləri nailiyyət və bacarıqlarını sentyabr ayının əvvəlində Şuşa şəhərində keçiriləcək Yay məktəbinin ikigünlük bağlanış mərasimində nümayiş etdirəcəklər.