BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları yay istirahət düşərgəsində - VİDEO

17 avqust 2022 12:22:29

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında həyata keçirilən şəhid uşaqları üçün yay istirahət düşərgəsi əyləncəli və maraqlı anlarla yadda qalıb.

 

İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfər Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilib.

 

İkinci qrup düşərgə müddətində şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi Əyləncəli idman oyunları və “Xəmsə” intellektual təlimində iştirak ediblər. Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan düşərgə iştirakçılarına sertifikatlarlar təqdim olunub.

 

Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi söhbətlər aparılıb.

  

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edib.