BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid uşaqları üçün təşkil edilən yay düşərgəsi başa çatdı - FOTOLAR

16 avqust 2022 14:25:55

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə şəhid uşaqları üçün təşkil olunan yay istirahət düşərgəsi başa çatıb.

 

Xüsusi hazırlanan proqramlarla həyata keçirilən düşərgənin sonuncu günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi əyləncəli idman oyunları və animatorların qatıldığı şou-proqramda iştirak ediblər.

 

Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi reabilitasiya işi aparılıb.

 

Günün sonunda düşərgə iştirakçıları üçün mini-futbol oyunu təşkil olunub.

 

İntellektual və əyləncəli oyunlarda özlərini sınayan şəhidlərimizin övladlarına sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihəyə 29 iyul tarixində start verilib. İki mərhələli yay düşərgəsinə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağı (valideynlərindən biri də nəzərə alınmaqla 140 nəfər) cəlb edilib.