BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhidimizin qızı doğum gününü yay düşərgəsində qeyd etdi

15 avqust 2022 16:06:58

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə şəhidlərimizin uşaqları üçün Qubada təşkil etdiyi yay düşərgəsinin iştirakçıları arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun qızı Əsnad da var.

 

Burada intellektual və əyləncəli oyunlar, təlimlər, eləcə də yaradılan digər imkanlardan yararlanan Əsnad doğum gününü də elə düşərgədə, qazandığı yeni dostları ilə birlikdə qeyd edib. İştirakçılar Əsnad İsmayılovanı 11-ci doğum günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıblar.

 

Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Agentliyin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən biri də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.