BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarının yay istirahət düşərgəsindən - VİDEO

15 avqust 2022 13:20:59

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında həyata keçirilən şəhid uşaqları üçün yay istirahət düşərgəsi əyləncəli və maraqlı anlarla yadda qalıb.

 

İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.

 

İlk qrup düşərgənin 5-ci günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi Əyləncəli idman oyunları və “Xəmsə” intellektual təlimində iştirak ediblər. Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan düşərgə iştirakçılarına sertifikatlarlar təqdim olunub.

 

Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi söhbətlər aparılıb.

 

Günün sonunda iştirakçılar üçün mini-futbol oyunu təşkil olunub.


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edib.