BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid uşaqları üçün yay düşərgəsi davam edir - FOTOLAR

14 avqust 2022 09:48:07

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyin sosial sifarişi əsasında şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinin üçüncü günü əyləncəli və maraqlı anlarla yadda qalıb.


Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.


Düşərgənin 3-cü günündə şəhid övladları peşəkar təlimçilər Elvin Axundovun təşkil etdiyi “Axtar-tap” və Fərid Seyfullayevin idarə etdiyi “ Liderlik bacarıqlarının inkişaf etdirilməsi” adlı təlimdə iştirak edib, intellektual və əyləncəli oyunlarda özlərini sınadılar. Uşaqlar komandalara bölünərək təlimlərdə öz bacarıqlarını nümayiş etdilər. Ardınca açıq havada idman oyunlarının iştirakçısı oldular.


Uşaqlar hovuzda su idman oyunları ilə yarışıb müxtəlif əyləncəli oyunlar qurdular.


Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlara təlim həyata keçirildi.


Çənlibel gölündə qayıq gəzintisi təşkil olundu.


Yay düşərgəsi yaddaqalan anlarla davam edir.