BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid uşaqları üçün yay düşərgəsi davam edir - FOTOLAR

10 avqust 2022 14:47:19

 “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyin sosial sifarişi əsasında şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinin ikinci günü əyləncəli və maraqlı anlarla yadda qalıb.

 

Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.

 

Düşərgənin 2-ci günündə şəhid övladları Qubanın Qəçreş qəsəbəsini ziyarət etmiş,təbiət qoynunda maraqlı əyləncəli istirahət keçirmişlər.

 

Günün ikinci yarısında peşəkar psixoloqun iştirakı ilə uşaqlar üçün “Həyat dəyərləri” adında treninq, valideyinlər üçün “ Böhran vəziyyətində ilkin psixoloji yardım” adlı təlimlər təşkil olunmuşdur. Uşaqlar hovuzda su idman oyunları ilə məşğul olmuş, müxtəlif əyləncəli oyunlar qurmuşlar.

 

Yay düşərgəsi yaddaqalan anlarla davam edir.