BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları üçün yay düşərgəsinin sonuncu günü - FOTOLAR

03 avqust 2022 11:14:23

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyin sosial sifarişi əsasında həyata keçirilən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinin sonuncu günü əyləncəli və maraqlı anlarla yadda qalıb.


İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.


İlk qrup düşərgənin düşərgənin 5-ci günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi Əyləncəli idman oyunları və “Xəmsə” intellektual təlimində iştirak ediblər. Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan düşərgə iştirakçılarına sertifikatlarlar təqdim olunub.


Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlarla fərdi söhbətlər aparılıb.


Günün sonunda iştirakçılar üçün mini-futbol oyunu təşkil olunub.
Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.