BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbi xidmətə çağırış müddəti uzadılır

27 mart 2020 17:12:14

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

 

Zəfər.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin gündəliyində öz əksini tapıb.

 

Müddətin uzadılmasına səbəb koronavirus pandemiyasidir.

 

Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.