BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları üçün "Zəfər" yay məktəbi davam edir - FOTOLAR

02 avqust 2022 15:08:55

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olaraq “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir. Layihə müddətində məktəbli şəhid övladları yay məktəbində 4 peşə- musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirir, davamlı təlimlərə cəlb olunurlar.


Musiqi təlimlərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, rəssamlıq təlimlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Məriyəm Axundova, aktyorluq təlimlərini Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin dram teatr və kino aktyorluğu ixtisasını bitirən Şövqi Hüseynov və fotoqrafiya təlimlərini Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetini bitirən Orxan Əzimov keçir.


Hər istiqamət üzrə ayrılıqda 8 təlim keçiriləcək. Ümumilikdə 32 təlim olmaqla hər peşə qrupunda 8 şəhid övladı iştirak edir. Şəhid övladları təlimlər nəticəsində əldə etdikləri nailiyyət və bacarıqlarını sentyabr ayının əvvəlində Şuşa şəhərində keçiriləcək Yay məktəbinin ikigünlük bağlanış mərasimində nümayiş etdirəcəklər.