BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid uşaqları üçün yay düşərgəsi yaddaqalan anlarla davam edir - FOTOLAR

01 avqust 2022 15:24:39

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyin sosial sifarişi əsasında şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinin üçüncü günü əyləncəli və maraqlı anlarla yadda qalıb.


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Sosial Xidmətlər Agentliyin sosial sifarişi əsasında Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.


Düşərgənin 3-cü günündə şəhid övladları peşəkar təlimçilər Alim Qasımlının təşkil etdiyi “Axtar-tap” və Fərid Seyfullayevin idarə etdiyi “ Bionika” təlimində iştirak edib, intellektual və əyləncəli oyunlarda özlərini sınadılar. Uşaqlar komandalara bölünərək təlimlərdə öz bacarıqlarını nümayiş etdilər. Ardınca açıq havada idman oyunlarının iştirakçısı oldular.


Uşaqlar hovuzda su idman oyunları ilə yarışıb müxtəlif əyləncəli oyunlar qurdular.


Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlara təlim həyata keçirildi.