BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid uşaqları üçün yay düşərgəsi davam edir - FOTOLAR

31 iyul 2022 12:23:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinin ikinci günü əyləncəli və maraqlı anlarla yadda qalıb.

 

Zafer.az xəbər verir ki, Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyyət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edir.

 

Düşərgənin 2-ci günündə şəhid övladları Qubanın Qəçreş qəsəbəsini ziyarət edib, təbiət qoynunda maraqlı əyləncəli istirahət keçiriblər.

 

Günün ikinci yarısında peşəkar psixoloqun iştirakı ilə uşaqlar üçün “Həyat dəyərləri” adında treninq, valideyinlər üçün “ Böhran vəziyyətində ilkin psixoloji yardım” adlı təlimlər təşkil olunub. Uşaqlar hovuzda su idman oyunları ilə məşğul olmuş, müxtəlif əyləncəli oyunlar qurublar.

 

Yay düşərgəsi yaddaqalan anlarla davam edir.