BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Beynəlxalq Kiber Yay Məktəbində

20 iyul 2022 17:34:37

Bu günlərdə Azərbaycanda keçirilən Beynəlxalq Kiber Yay Məktəbinə xarici ölkələrdən olan yeniyetmələrlə bərabər "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Teknofest Azərbaycanda iştirak edən və ingilis dilini bilən qəhrəman şəhidlərimizin övladları da cəlb olunub.
 
Yerli və xarici mütəxəssislər tərəfindən aparılan yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.