BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi

18 iyul 2022 13:15:08

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.


Hadisə Gəncə şəhərində baş verib.


Belə ki, 2017-ci il təvəllüdlü oğlu Hüseyn Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq ailəyə dərin hüzünlə başsağlığı verir, Allahdan səbr diləyirik...