BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Murov Qartalı Raquf Orucov doğum günündə anıldı

12 iyul 2022 11:09:36

Bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi ilə bağlı anım tədbiri keçirilmişdir.Tədbirdə şəhid ailələri,qazilər,Sumqayıt şəhər YAP-nın rəhbərliyi,Müdafiə Nazirliyinin əməkdaşları,Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin nümayəndələri, Hərbi Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin əməkdaşları,Regional İnkişaf İctimai Birliyinin könüllüləri,ictimaiyyət nümayəndələri iştirak etmişlər. Şəhid komandirin döyüş yolu haqqında gənclərə məlumat verilmiş,əziz xatirəsi yad edilmişdir.
 
Tədbirin rəsmi hissəsi Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının qərargahında davam etmişdir. Tədbirdə şəhid komandirin həyatından bəhs edən “ Ruhun həsrəti” filmi nümayiş edilmişdir.
 
Tədbirin sonunda Rəqəmsal İnkişaf və nəqliyyat nazirliyinin xatirə hədiyyəsi şəhid komandirin ailə üzvlərinə təqdim olunmuş,RİİB könüllülərinə Raquf Orucovun döyüş yolundan bəhs edən “Komandir” romanı təqdim edilmişdir.