BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailə üzvlərinin əl işlərinin sərgisi keçirildi-FOTO

04 iyul 2022 20:02:35

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində şəhid ailə üzvlərinin əl işlərinin sərgisi və satış yarmarkası keçirilib.

Zafer.az bildirir ki, yarmarkada şəhid ailə üzvləri, nazirliyin əməkdaşları iştirak edib.
Yarmarkada nümayiş olunan əsərlərin satışı nəticəsində əldə olunan vəsait müəlliflərə çatdırılıb.

Gələcəkdə şəhid ailə üzvlərinin bu cür yarmarkalarının təşkili planlaşdırılır.