BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"İsmayıllının Zəfər Şəhidləri" kitabının təqdimatı olub - FOTO

23 iyun 2022 10:08:41

Bu gün İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə İsmayıllı rayonu Mədəniyyət evində İsmayıllı Şəhidlərinin xatirəsinə həsr olunmuş Osmanlı Yusif Məhəmməd oğlunun müəllifi olduğu "İsmayıllının Zəfər Şəhidləri" adlı kitabın təqdimat keçirilib.


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında bu cür əsərlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd edib.