“TEKNOFEST Azərbaycan”da II yerin qalibi oldu
29 may 2022 11:33:17
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrin II və III yer üzrə qalibləri elan olunub.
Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyəti və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və digər dövlət rəsmiləri təltif ediblər.
“Robotexnika” müsabiqəsində A kateqoriyası üzrə II yerə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin “Zəfər” komandası layiq görülüb.
Qaliblərə pul mükafatı və “TEKNOFEST Azərbaycan” festivalının xatirə hədiyyəsi təqdim olunub.