RİNN 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid uşaqlarını sevindirdi
01 iyun 2022 11:22:30
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti birgə layihə həyata keçirib.
Bu əlamətdar gün münasibətilə şəhid uşaqlarına hədiyyələr və nazirlik işçilərinin hazırladığı açıqcalar təqdim olunub.
Nazirliyin və qurumların əməkdaşları şəhid Seymur Ələsgərovun xalqımıza əmanət etdiyi oğlu Eldarı xəstəxanada ziyarət ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə tabeli qurumların nümayəndələri də öz dəstəyini göstərərək şəhid balalarını bayram münasibətilə təbrik ediblər.
Rayonlar üzrə hədiyyələrin çatdırılmasını “Azərpoçt” MMC üzərinə götürməklə layihəyə öz töhfəsini verib.