BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarından ibarət “ZƏFƏR” komandası yarımfinalda

24 mart 2022 13:02:41

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəhid övladlarından ibarət “ZƏFƏR” komandası Teknofest Azərbaycanda 523 komanda arasında Robotexnika üzrə 96 balla 2-ci yerdə qərarlaşaraq yarımfinala vəsiqə qazanıb.

 

Qeyd edək ki, müsabiqədə 523 komanda iştirak edib, onlardan 220 komanda növbəti mərhələyə vəsiqə qazanıb, 303 komanda isə kənarda qalıb.

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq "ZƏFƏR" komandasına növbəti mərhələdə uğurlar arzulayırıq.