BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları “Teknofest Azərbaycan”da mübarizə aparacaq

07 fevral 2022 12:51:06

26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə festivalda şəhid övladlarından ibarət “Zəfər”, ”Xarı Bülbül” və “ Mübarizlər” komandaları da mübarizə aparacaq.

 

Bugünkü mətbuat konferansında Təşkilatımızı "Zəfər" komandası təmsil edib. Tədbirdə "Vətən Müharibəsi Qəhrəmanı" Şəhidimiz XTQ baş giziri Camal İsmayılovun qızı Əsməd İsmayılzadə çıxış edib.