BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarından ibarət ZƏFƏR komandası Teknofestdə - VİDEO

16 may 2022 12:30:59

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəhid övladlarından ibarət “ZƏFƏR” komandası Teknofest Azərbaycanda 523 komanda arasında Robotexnika üzrə 96 balla 2-ci yerdə qərarlaşaraq yarımfinala vəsiqə qazanıb.

 

Yarışmanın şərtlərinə əsasən növbəti mərhələdə "ZƏFƏR" komandasının hazırladıqları layihənin qısa video hesabatını təqdim edirik.

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Şəhid övladlarından ibarət “ZƏFƏR” komandasına Teknofest Azərbaycanda uğurlar arzulayırıq.