BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ərdoğan Putini Türkiyəyə dəvət etdi

27 yanvar 2022 10:46:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.

 

Zafer.az xəbər verir ki, bu barədə o, NTV kanalına müsahibəsində deyib. Rusiya-Ukrayna münasibətlərindən danışan Ərdoğan deyib:

“Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini lap əvvəldən dəstəkləyib. Rusiyanın Ukraynaya hücum etməyəcəyinə ümid edirik. Biz Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə dəvət etdik, cavab gözləyirik”.(Qafqazinfo)