Ermənistanda məktəblilər də koronavirusa yoluxub
26 mart 2020 16:57:36
Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.
Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.
“Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur”, - deyə Səhiyyə naziri vurğulayıb.
O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.
Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan bildirib ki, üç hərbçidə koronavirus aşkarlanıb.(apa.az)