Qazaxıstanda antiterror əməliyyatı rejimi ləğv edilib
26 yanvar 2022 11:23:19
Yanvarın 26-dan etibarən Qazaxıstanın Almatı və Jambıl vilayətlərində antiterror əməliyyatı rejimi ləğv edilib.
Bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti xəbər verib.
Qeyd olunub ki, adıçəkilən ərazilər ilin əvvəlində Qazaxıstanda iğtişaşlar başlayandan sonra tətbiq edilən fövqəladə vəziyyətin hələ də saxlanıldığı ölkənin sonuncu bölgələridir.