BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azeri Light” nefti 91 dollardan satılır

26 yanvar 2022 11:18:26

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 

Zafer.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,3 % artaraq 91,16 dollar olub.

 

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.