BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azərişıq” 4 kənddə yenidənqurma işlərinə başladı - Video

26 yanvar 2022 11:15:42

“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəsi çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.

 

Zafer.az xəbər verir ki, görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.

 

Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

 

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.