BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Paşinyan: “Ermənistan sülh sazişi imzalamağa hazırdır”

25 yanvar 2022 15:11:52

Rəsmi İrəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.

 

Zafer.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransıda deyib.

 

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması barədə çox danışılır. Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir, amma bu danışıqların nəticəsindən asılıdır. Ermənistan bunlara hazırdır və biz bunu dəfələrlə bildirmişik”, - deyə Paşinyan qeyd edib.

 

O, həmçinin əlavə edib ki, İrəvanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.(Modern.az)