Şəhid övladları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Rabitə” muzeyini ziyarət ediblər
09 dekabr 2021 17:09:13
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Rabitə” muzeyi təşkil olunub.
Rabitəçi şəhid və qazilərin, eləcə də Aprel və Tovuz döyüşləri şəhidlərinin övladları muzeyi ziyarət ediblər.
Eksponatlarla tanış olan uşaqlar onların tarixi və istifadəsi ilə bağlı məlumatları böyük maraqla dinləyiblər.
Şəhidlərimizin yadigarları vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda uşaqlara hədiyyələr təqdim olunub