BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid komandirə həsr olunan "Şuşanın qoxusu gəlir" kitabının təqdimatı

24 yanvar 2022 16:59:29

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərkitab Kitab Mərkəzinin dəstəyi ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Elzamin Təhməzovun xatirəsinə həsr edilən “Şuşanın qoxusu gəlir” kitabının təqdimatı keçirilib. Təqdimatda millət vəkilləri, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, KİV nümayəndələri və tələbə gənclər iştirak edib.
 
Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş qısa video nümaiş olunub.
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Mənsurə Qaçayqızının müəllifi olduğu kitabda şəhid polkovnik-leytenant Elzamin Təhməzov haqqında döyüş yoldaşlarının, yaxınlarının xatirələri toplanıb, qəhrəmanımızın keçdiyi döyüş yolu geniş işıqlandırılıb.
 
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bu cür əsərlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd edib.