BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhidlərin hamilə xanımları dövlətin nəzarətindədir - Sevinc Orucova

10 dekabr 2020 17:08:43

“Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azad olunması uğurunda canını qurban vermiş neçə-neçə igid oğullarımız var. Vətənin bütöv, azad olması üçün canlarından keçən bu oğullarımız geridə ailələrini, övladlarını, həyat yoldaşlarını Allaha əmanət etdilər. Bu gün dövlətimiz şəhid ailələrinə hər cür dəstəyi edir”.

 

Bunu Modern.az-a açıqlamasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova deyib.

 

O, qeyd edib ki, şəhid ailələri içərisində həmçinin, uşaq gözləyən şəhid xanımlarının nəzarətdə saxlanılması və onlara hər bir yardımın olunması da ciddi nəzarətdədir.

 

“Biz “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq uşaq gözləyən şəhid xanımlarını himayəyə götürüb, ciddi nəzarət edirik. Onlarin gələcək yadigarlarını qorumaqdan vacib bir iş yoxdur. Bilirsiniz, həmin xanımlar psixoloji, mənəvi tramva alıblar. Bunu aradan qaldırmaq çox vacibdir.

 

Bu səbəblə bəzi klinikalarla əməkdaşlıq edib, həmin xanımların orada pulsuz müainə və müalicəsini təşkil edirik. Şəhidlərimizin dünyaya gələcək fidanlarını qorumaq hər birimizin borcudur. Bu məsələdə klinikalar çox fəaldırlar”.

 

Sevinc Orucova qeyd edib ki, “YAŞAT” Fondu bu sahədə də işləri üzərinə götürəcək.