İkinci Üçtərəfli görüş İslamabadda keçiriləcək
27 iyul 2021 19:28:13
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin İkinci Üçtərəfli görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.
Zəfər.az-ın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşündə bildirilib.
İkinci Üçtərəfli görüşünün 2022-ci ildə Pakistanın İslamabad şəhərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü olub. Görüşdə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.