Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
27 iyul 2021 19:26:33
İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Bu barədə Zəfər.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.