BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağda 1616 erməni cəsədi TAPILIB

27 iyul 2021 19:25:11

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsəd qalıqları tapılıb.

 

Zəfər.az Modern.az-a istinadən xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana göndəriləcək.

 

Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bəri Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1616 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.