BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Əsəd Qeysərdən Azərbaycan və Türkiyəyə TƏKLİF

27 iyul 2021 19:23:14

Parlament sədrlərinin üçtərəfli görüş formatı böyük bir fürsətdir. Parlamentlərimiz qanunvericiliyi nəzərdən keçirərək ticarət üçün əlverişli şərait yaratmalıdır.

 

Zəfər.az xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

Ə.Qeysər Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin Pakistanda yaradılmasını təklif edib.

 

“Eyni zamanda birgə sənədli filmlər çəkməliyik. Biz tələbə mübadiləsi həyata keçirməliyik”, - deyə pakistanlı spiker vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisdə ilk dəfə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilib.