BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Amerikalı qubernator Zəngilana gedəcək

27 iyul 2021 19:21:17

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Zəngilana səfər edəcək.

 

Zəfər.az xəbər verir ki, bu barədə qubernator bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

 

Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.