BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azərbaycanın qələbəsi Pakistanda da qeyd edilib” - Əsəd Qeysər

27 iyul 2021 19:18:07

“Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib”.

 

Zəfər.az xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

 

O bildirib ki, Bakıda spikerlərlə görüşdə iştirak etməkdən məmnunluq duyur.

 

Ə.Qeysər 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edib:

 

“Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır”.

 

Qeyd edək ki, Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir.