Qarabağda Ermənistan hərbçisi ölüb
27 iyul 2021 09:57:02
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb.
Zəfər.Az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.