Qurban bayramına görə iş günlərinin yeri dəyişdirildi - QƏRAR
02 iyul 2021 11:43:01
Baş nazir Əli Əsədov İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.
Zəfər.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.
Xatırladaq ki. Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci ilin 20, 21-i iyul tarixləri Qurban bayramı günləri müəyyən olunub.
Beləliklə, iyulun 18-i bazar, 19-u istirahət günü, 20 və 21-i Qurban bayramı olmaqla dörd gün dalbadal qeyri-iş günü olacaq.