BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azad olunan ərazilərdə dağıntıların miqyası həddindən artıq böyükdür - Fond rəhbəri

01 iyul 2021 09:56:55

Bu qələbə bizim dünyaya bir mesajımız idi. Heç kim bizi sındıra bilməz və istənilən problemin öhdəsindən gəlməyə hazırıq.

 

Zəfər.az-ın məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qurumun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, işğaldan azad edilən torpaqlarda dağıntıların miqyası həddindən artıq böyükdür.