BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Mehriban Əliyevanın təşəbbüsü ilə “Karabakh.Center” layihəsinin təqdimatı oldu

01 iyul 2021 09:52:07

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Zəfər.az-ın məlumatına görə, tədbiri açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 2020- ci ili bütün dünya üçün çətin il adlandırıb:

 

“Ancaq ilin sonunda biz ən böyük imtahandan çıxmış olduq. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz düşmənlə mübarizədə qalib gəldi. 10 illiklər ərzində doğma evlərindən məhrum olan köçkünlərin evlərinə qayıtmaq ümidlərini gerçəkləşdirdi.

 

Bu qələbə bir mesaj idi ki, biz istənilən problemin öhdəsindən gələ bilərik. Qarabağda azad edilmiş torpaqlarda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bu layihə dünya ictimaiyyətinə zərərin həcmini çatdırmaq məqsədilə yaradılıb”.

 

***

 

İqtisadiyyat naziri, Fondun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında bildirib ki, bugünkü tədbir yeni bir yolun başlanğıcıdır:

 

"Biz Qarabağımızın dirçəliş məsələlərini müzakirə edirik. Vətən müharibəsi iki dastanla müşahidə edildi. Bir dövlətçilik, bir də cəmiyyət, ictimaiyyət dastanı. Bununla da biz torpaqlarımızın azad edilməsini müşahidə etdik. Biz azad edilən topraqların dirçəlişindən danışırıq. Bu, tək bir qurumun yox, bütün cəmiyyətin vəzifəsidir. Fondun fəaliyyətini müddətli yox, əbədi vaxt efirindən çıxış edərək formalaşdırmalıyıq. Biz prosesə daimi inkişaf kimi baxmalıyıq. Müşahidə etdiyimiz mənzərə 21-ci əsrin bəşəri dəyərləri ilə kəskin şəkildə üst-üstə düşmür. Tarixdə Stalinqrad, Xirosima olub. Ancaq şüurlu şəkildə 10 illiklər ərzində dağıtmaq prosesi məncə başqa bir fenomendir. Bunun öyrənilməsinə və bəşəriyyətdə təkrarlanmaması üçün Fond öz işini quracaq.

 

Bu gün təqdimatı keçirilən portal müxtəlif dillərdə nəzərdə tutulur. Bu layihə onlayn portal kimi yox, gələcəkdə beyin mərkəzləri tərəfindən həqiqətin çatdırılması məsələləri kimi də mühüm olacaq. Qarabağda bir sıra dağıdılmış abidələrin bərpasının şahidi olacağıq. Bilirsiniz ki, artıq bir sıra abidələrin bərpa işlərinə başlanılıb".(Modern.az)