BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Mina xəritələri qarşılığında diversantlar – Bakı ilə Yerevan yeni razılaşmaya YAXINDI

01 iyul 2021 09:50:50

“Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ilə Yerevan arasında hərbi əsirlərin dəyişdirilməsində vasitəçi ola bilər. Amma saxlanılan şəxslərin statusu barədə mübahisəni Azərbaycan və Ermənistan öz aralarında həll etməlidir”.

 

Zəfər.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Rusiyanın “İzverstiya” qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı danışıqlarda irəliləyiş var. Qırmızı Xaç Komitəsinin sədri bu zaman Qarabağdakı mina xəritələri ilə bağlı məsələyə birbaşa toxunmasa da, danışıqların getdiyini təsdiqləyib.

 

“İrəliləyiş əldə olunub, saxlanılan şəxslər evlərinə göndərilir. Amma bəzi saxlanılan şəxslər barədə mübahisələr var: onların hərbi əsir sayılıb-sayılmaması, hansı statusa malik olmaları və s. barədə. Bu məsələlərlə məşğul olmaqda davam edirik”- Maurer deyib.

 

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda basdırılmış 97 min piyada və tank əleyhinə minanın yerləşdiyi ərazini göstərən xəritələrin qarşılığında 15 erməni diversantı Ermənistana qaytarmışdı.(Modern.az)