BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İran Xəzərdə hərbi təlimlər keçirəcək

29 iyun 2021 18:33:20

İran ordusunun Hərbi Dəniz Qoşunları sabah Xəzər dənizində hərbi təlimlər keçirəcək.

 

Zəfər.az-ın məlumatına görə, “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərdə sülh və dostluq mesajı elan olunacaq, döyüş hazırlığı və məlumat mübadiləsi yoxlanılacaq, təcrübələr gənc kadrlara öyrədiləcək.

 

Məlumatda qeyd olunur ki, İran ordusunun Hərbi Hava Qüvvələrinin bölmələri təlimlərə hava dəstəyi verəcəklər.(Modern.az)