BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid atası vəfat etdi

29 iyun 2021 17:20:57

İkinci Qarabağ müharibəsində şəhid olmuş Füzuli rayonunun Zərgər kəndindən olan Elgün Paşayevin atası dünyasını dəyişib.

 

Zəfər.az xəbər verir ki, bu barədə rayonu parlamentdə təmsil edən deputat Vüqar Bayramov məlumat verib.

 

Deputatın sözlərinə görə, bu gün şəhid atasının 3 mərasimidir:

 

“İlham Paşayevin dünyasını dəyişməsindən 3 gün keçdi. Şəhid atası ilə Vətən müharibəsindən sonra görüşüb dərdlərinə şərik olmuşduq. Qəhrəman övlad yetişdirdiyi üçün minnətdarlıq duymuşduq. Artıq özü də əbədiyyətə qovuşdu”.

 

Deputat Şəhid atası İlham Paşayevə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib.(Modern.az)