BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək

29 iyun 2021 12:50:12

Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu və Sergey Lavrov iyunun 30-da Antalyada görüşəcək.

 

Zəfər.az-ın məlumatına görə, görüş zamanı nazirlər Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna, Əfqanıstan kimi məsələləri, eləcə də iqtisadi münasibətləri müzakirə edəcək.

 

Bundan başqa, koronavirusa qarşı Rusiyanın "Sputnik V" vaksininin Türkiyədə istifadəsi və istehsalı məsələləri müzakirə mövzusu olacaq.