BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağda 1586 erməni hərbçinin cəsədi tapılıb

29 iyun 2021 12:44:42

Qarabağdakı döyüş əməliyyatları zamanı ölən və hələ də itkin düşmüş sayılan erməni hərbçilərin cəsədlərinin axtarışı davam etdirlir.

 

Zəfər.az xəbər verir ki, işğaldan azad olunmuş Tərtərin Suqovuşan qəsəbəsi ətrafında aparılan dünənki axtarış işləri nəticəsində daha bir erməni hərbçinin cəsəd qalıqları tapılıb.

 

Cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Qarabağın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərində aparılan axtarışlar nəticəsində 1586 erməninin cəsədi və qalıqları tapılaraq Ermənistana təhvil verilib.