Lavrov BMT-nin Ali Komissarı ilə Qarabağda məskunlaşmanı müzakirə etdi
29 iyun 2021 12:40:54
İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib.
Zəfər.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatına müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb", - deyə Rusiya XİN-dən bildirilib.
Bununla yanaşı, tərəflər arasında suriyalı qaçqınların öz vətəninə qayıtması ilə bağlı mövcud problemlər, həmçinin Ukraynadakı münaqişə zonalarından qaçqın düşmüş şəxslərin gələcək taleyi barəsində də fikir mübadiləsi aparılıb.(Modern.az)