BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

29 iyun 2021 12:32:08

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan Zəfər.Az-a verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.