Prezident 3 ölkənin XİN rəhbərlərini qəbul etdi
25 iyun 2021 17:49:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.
Zəfər.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.